Bu bahar başqa bahardı

bahara-merhaba

İllərdir  otağını aydınlata bilməyən günəş ruhunu aydınlatmışdı bu bahar. Pəncərə önündə, yuvadaki ətçələrin səsi ilə oyanmışdı bu sabah. Həncamaları paslanmış pəncərəni açıb,  boylandığı mənzərə içini hüzurla doldurmuşdu. Bu bahar ağacların al-əlvan  çiçəkləri tumurcuqlamış, həyətdəki  yasəmənlərin qoxusu ətrafı brümüşdü. Heç vaxt fərqinə varmadığı bu mənzərə illərdir şüuraltı səyahət etdiyi həmin məkandı əslində.  Ömrü boyu onun üçün qışdan fərqlənməyən bu fəsl həyatının sanki ilk  baharıydı. Bu bahar onun üçün başqa bahardı

Reklamlar
By Kəpənəyin Dünyası

Qadın nə istədi ?

1280x720-sQf

Ağlamaqdan, yuxusuzluqdan şişmiş gözlərini sabah heçnə olmamış kimi kirşanla qapataraq gücsüz görünmək istəmirdi. İzdirablara çətinliklərə sinə gərərkən çöhrəsində yaratdığı gülüşün suniliyinin anlaşılmasını istəmirdi. İçindəki izdirabların alovu qovurarkən ürəyini , saxladığı göz yaşları gözlərində buz kəsdi. Həyatın vurduğu zərbələrdən burxarkən ayağı, yıxılarkən üzü üstə, arzularıyla, gerçəkləşməyən xəyalları ilə yaralarını sardı qadın . Çəkərkən örpəyini başına , çən düşmüş saçlarının görünməsini istəmədi. Yenilərkən sevgisi qadınlıq qüruruna, gözlərini qaçırdı nəzərlərdən, mümkünsüz sevgisinin bilinməsini istəmədi . Həyat qarşısında nə olur olsun acizlik göstərmədi. Çarpışarkən içindəki fırtınalar,  boğdu səsini içinə, isyankar kimi tanınmağı istəmədi. Mənəvi gücünü qabardaraq fiziki zəifliyini biruzə vermədi.
Bütün acılara ağrılara dözən qadın bir tək şey istədi. Sadəcə bir şey. SEVGİ istədi. Yalansız, dolansız gerçək sevgiylə sevilmək istədi. Teninə toxunulmasını deyil ruhunu oxşayan sözlərlə qəlbə toxunulmasını istədi. Sevgiylə qarşılanıb, sevgi ilə anlaşılmaq istədi. Sevgiylə uğrunda mübarizə istədi. Tapmaq üçün illərini fəda etdiyi, onu heçvaxt yanıltmayan sevgi istədi

Cəmilə KƏRİM

tumblr_n4jh7jnMZ01sdiyboo1_1280

By Kəpənəyin Dünyası

VEFASIZ YOLÇULAR

tren

Həyatda ən acı hadisə sevdiklərini itirməkdir . Ancaq bundan da çətin bir şey varsa həyatda o da səni intizarda buraxan sevdiklərinin yolunu gözləməkdir. Uzun zamanını alır bu sənin , yaşadığın saatları izdirablı illərə çevirəcək qədər uzun,  bəlkə də bütün ömrünü alır… Beyninə söz keçirə bilsən də  ürəyinə  söz keçirmək çətin olur. Çünkü o gün canından can qopur.  Aldadırsan, birgün gələcək  ümidilə uşaq kimi ovudursan özünü.  Günahın kimdə olmasından  aslı olmayaraq intizarda buraxan,  yolunu gözlədiklərini günahlandırmağa qıymayacaq dərəcədə darıxarsan.  İçində həmişə bir hiss olur adını unutsan da duyğusunu unutmadığın ümid hissi. Səni yaşadan da məhz elə budur.  Aldığın yaraların birgün keçəcəyi ümidilə yaşarsan. Uşaqkən yıxılanda tez-tez eşitdiyimiz bir ifadə vardı “böyüyərkən keçəcək” onu kimi amma hələ o zamanlardan bu ifadələrlə aldadıldıq çünki acılarımız keçmədi,  kiçik yaralarımız da bizimlə bərabər böyüdü.  Nə vaxtdandır pərdələri yenilənməyən, tavanını hörümçək toru basmış o otaq da daralıb sənin üçün.  İndi sən bu otağa sığmırsan içində böyüyən həsrət isə içinə sığmır. Saralmış pərdələri hər dəfə çəkib baxdığın o tozlu yollardan gözlərin yığılmır ki yığılmır. Nə vaxtdandır döyülməyən qapının səsi gəldiyində o qapının vurulmasıyla kimolduğu aydınlaşan o saniyələr içinə sən onunla həyata keçirəcəyin illərin xəyallarını sığdırırsan.  Bəlkə bir səs, bir məktub gələr deyə paçtalyona dikilər gözlərin amma hərkəsdən fərqli olaraq sənin o gözlədiyin məktub da gəlmir. Günahsız paçtalyonu ürəyində günahlandırarsan,  birməktub da mənə gətirsəydi sanki yorulardı deyə,  sənə gəlməyən bir məktubu sənə verməklə sanki razı salacaqmış kimi o sınıq qəlbini. Hərkəsə hərşeyə bir hirsin var, çünkü sən günahkar axtarırsan .

yol

Bəs günahkar kimdir? Dayandığın dayanacaq, məkan? Gözlədiyin ancaq gəlməyən o qatar?  Yollar? Yoxsa yolunu gözlədiyin vəfasız yolçular? İçində bu qədər suallar yığıldığı halda sən heçkimə, heçkəsə ünvanlandırmırsan bu sualları. Çünkü suallarının cavabında eşidəcəyin o məyus susqunluğa hazır deyilsən…….

By Kəpənəyin Dünyası

TƏNHA QADIN

qad

Qaranlıq gecələrin sönüb yanan işıqlarının, gecə boyu ayaq səslərinin, sərxoşların musiqisinin və sabahın necə açıldığının uzun müddətdir ki, şahidi olurdu. Ürəyində narahatlığın doğurduğu hərarət, gözlərində buza dönmüş göz yaşları. Pəncərənin önü nə vaxtdır ki, onun ayrılmaz məkanına çevrilmişdi. Yenə gözləri onu olduğu yerdən çox uzaqlara aparmışdı.
Kim bilir xəyalən hansı arzularının arxasınca getmişdi? Bir vaxtlar xatırlayarkən çöhrəsini işıqlandıran, zamanla puç olmuş arzuların. Dünyanın ən ağır çətinliklərini yaşamasının əyani sübutu idi üzündəki qırışlar. Birvaxtlar diqqətləri özünə çəkən şux qamətli qadından indi həyat çalmışdı dodağının qırmızılığını, qara saçlarının rəngini, parlaqlığını. Həyat dolu olan bu qadın indi onu görənləri heyrətə gətirirdi. Çünki o, bu həyatda hər şeyin ən çətinini yaşamışdı. Bütün sevgilərin ən çətinini… Dost xəyanətini, sevgi xəyanətini, övlad xəyanətini yaşamışdı. Axı kimi idi bunların günahkarı? Həyat, sevdikləri, yoxsa sevdiklərinə özünü qurban verəcək qədər sevən özü?
Məncə sadaladıqlarımın hər birinin payı var onun bugünkü günündə. Dəfələrlə söz vermişdi, nə olur olsun əyilməyəcəyinə, hər şeyini onlara fəda verdiyi sevdiklərinə göz yaşlarını da qurban verməyəcəyinə söz vermişdi, amma bacarmamışdı.

İndi o romanların şeirlərin qəhramanı olan “Tənha qadın” adını qazanmışdı.
İndi o romanların şeirlərin qəhramanı olan “Tənha qadın” adını qazanmışdı.

Sevdikləri üçün fədakarlıq edərkən içində yığılıb qalan iztirabların, sıxıntının məhsulu idi bugünkü göz yaşları. İndi o romanların şeirlərin qəhramanı olan “Tənha qadın” adını qazanmışdı. Amma bu addan heç məmnun deyildi. Çünki həyatı boyu bir şeyi arzulamışdı- həyatın qəhrəmanı olmağı. Bütün əziyyətlərinə, insanlara bəxş etdiyi sevgilərə rəğmən qazana bilməmişdi. Bu həyatın qəhramanı adını elə bu acımasız həyatın acımasız insanları qazanmışdı. Bütün qınaqlardan qaçmış bu uçuq daxmaya sığınmışdı. Yorulmuşdu həyatdan. Hər şeyə hər kəsə etiraz əlaməti olaraq intaharın ən qatı formasını seçmişdi- ümid damarlarını kəsmiş, öz əllərilə ruhunu tapdalanan torpağa gömmüşdü.

By Kəpənəyin Dünyası

Nədir axı içimdəki burulğan?!

istiy

Qaranlıq otaqda gözlərim zillənib tavana…

Yatmağa çalışıram amma olmur. Yazı yazmaq istəyirəm, kompyüter yenə işləmir. Kağız parçası və qələmi alıram əlimə.  Yazmağa çalışıram amma otaq lampası heç cürə işiqlanmır. Hövsələdən çıxır əsəbləşirəm… Yenə dilimdə şeytan və namaz məsəli. Axı məndə nə vaxtdır məqalə yazmırdım. Çoxdandır ürəyimdə düyünlənən sözləri qələmə almaqda israrlıyam. Lampanın zəif işığı qaranlıq otağa qərq ola-ola mən yazıma başlamaq istəyirəm. Hardan başlayım, necə başlayım bilmirəm. Bu sözlərin olmamağından deyil, əslində ürəyimdə düyünlənən sözlərin çözülməz düyünlər düzməsindəndir. Göz yaşlarına boğularaq yazmağa başlayıram. Gah ağlayır, gah məni ağladan içimdəki duyğular nifrət duyğularına çevrilib göz yaşlarımı qurudur. Ax bu kəlimələr…
Kəlimələri həfifə almayın. Hələ tam yazmamışam artıq məqaləyə çevrilib.  Nədir axı içimdəki burulğan?! Niyə belə olmuşam?! Off hərdən o qədər pessimistləşirəm ki, özüm-özümdən bezirəm.  Məni narahat edən bir çox durum var. Dünyanı ağzına alan bəlalar, xəstəliklər, savaşlar…
 Xəstəlik? O hardan ağlıma gəldi? Hə, hər zaman gülərüz gördüyüm dostumun son gödüyüm üzgün siması yadımdan heç çıxmır. Axı necə unudum onun anası üçün nələr çəkdiyini, nələr yaşadığını? Məğər asandı? Onun üçün daha çətindir. Həyatımızın ən dəyərli varlıqları valideynlərdən söhbət gedirsə, bu problemlərin ən çətinidir.  Hər gecə kim bilir onunla bərabər neçə nəfər ağladı, neçə nəfər valideyn sınağının acılarını yaşadı. Fərqi yoxdu bu hansısa xəstəlikdən dolayıdır yoxsa hər hansı ədalətsiz savaşın nəticəsi. ..Zamanla çoxlarında nifrət yaratdı bu hadisələr həyata qarşı. Yaşamağa belə nifrət etdik amma dözdük ,yaşamağa davam etdik. Deyəsən yaşamaq eşqi ədalət eşqindən yüksəkdir içimizdə.  Kimisi daha zəif düşdü ağladı, dağıtdı hətta ölməyə belə cəhd etdi amma olmadı. Bu ya həyatın ədalətsizliyi ilə barışıq idi yada içimizdəki ümid qığılcımı…
Ümid? Həqiqətən ən sonda ölən ümidlərdir? Yoxsa biz çoxdandır ölmüş ümidlərə öz nəfəsimizdən kəsib süni nəfəs veririk? Eh bilmirəm, yenə fikirlər dolaşdı beynimdə.
Bəzən həyat  insanlara haqq qazanmadığı halda ən gözəl köşəni verir. Bəzən ən layiq olan vaxtsız tərk edir həyatı.  Allah sevdiklərini hər cür sınağa çəkə bilər deyirlər. Sınaq? Bəs sınaq nədir? Biz bu sınaqlara hazırıqmı?  Bilmirəm hər halda hazır olsaq indi bu məqalə yaranmazdı. Ümumiyyətlə beynimdə dolaşıq fikirlər olmazdı.
Keçmək istərdim digər mövzuya – dünyanın digər bəlası münaqişələr. Nədir axı çəkdiklərimiz?  Nədir körpələrin vəziyyəti? Bütün ədalətsizlərin ən böyük zərbəsini  həmişəki kimi övladlar görür. Kimisi valideyn acısıyla, kimisi öz həyatını faciəli şəkildə itirməklə. Nəyin nəticəsidir bunlar? Niyə Allah bunlara şərait yaradır? Yox, Allah zatən bizə doğru yolu göstərib. Bu gün nələr yaşayırıqsa, öz ağlımızın ucbatından yaşayırıq. Hər vasitəylə həyatımızı, havamızı, yeməyimizi, ruhumuzu zəhərləyirik.  Digər bəla aclıq… Bəs aclıq nədir?  Onuda özümüz etdik?  Bəli, Allah bizə yaxşılığı paylaşmağı buyurarkən biz paylaşmamaq üçün əlimizdən gələni əsirgəmədik. Məkanı paylaşa bilmədik, sevgini öldürüb nifrətdən hasarlar hördük.
Yeməyimizi paylaşmadıq, göyərmiş çörəkləri zibilliyə atmağa əlimiz olsa da ac qalan körpələrlə paylaşmağa ürəyimiz olmadı.  Hər gün minlərlə körpənin ölümünə biganə qaldıq. Biz nəyi paylaşdıq bəs? Biz nifrəti paylaşdıq, biz içimizdəki şeytanı paylaşdıq. Biz körpələrin beynini ayaqlar altına tökən mərmiləri paylaşdıq. Harda nə pislik varsa biz onu paylaşdıq. Pisliklərə bacardığımızdan da çox yaxınlaşdıq amma bir şeyi unutduq, bizə ən yaxın olduğu halda  biz Allahdan çox uzaqlaşdıq…
By Kəpənəyin Dünyası

Mollanın ölüyə gileyi

Haqqımızda ilk qərar yenicə verilmişdi

Bu mollaların xüsusi geyim geyinməli olduğunu bildirən qərar idi ki, “qanun qarşısında boynumuz qıldan incədir” deyib kursumuzu keçib, formayla təmin olunduq. Xaraktercə ola bilməsək də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev kimi geyinib, Allah qatında özümüzü iman saydıq. Bir də eşitdik ki, bir ucu yenə bizə gəlib toxunan yeni qərar verilib. Düşündük ki, bu da yəqin mollaların Qurana biçdikləri dəyərin qaldırılması üçün nəzərdə tutulub.  Axı geyimə uyğun qiymətimiz də olmalıdı ya yox?!  Daha sonra məlum oldu ki, qardaş bu qanun başqa qanundur. Qanun israfçılığa səbəb olan təmtəraqlı yas mərasimlərin ləğv olunması üçün nəzərdə tutulub.  Adı həmişə “aş”la hallanan mən molla indi aşsız məclisdə özümü necə qərib hiss etməyim?! Aş demək molla demək, molla demək aş demək…

islamic

O süfrədəki aş, dolma, cürbəcür çərəzlər, subtropik meyvələr yoxdursa, o məclisdə necə təbim gəlib Quran oxuyum?!  Yağlı əllərlə dəqiqə başı salavat gətirənləri indi salavat gətiməyə nə şövq etsin?!  Mərasimi təşkil edən ölü sahibi digərlərindən üstünlüyünü necə nümayiş etdirsin?!  Ən əsası bir zamanlar  nazi-nemətlərin içində özünü cənnət əhli hesab edən mən yazıq molla birdən- birə  məclisdəki yoxluqlara necə alışım?! Çayla qənddən ye ki yeyəsən, nə xeyiri. Yağlı yeməklərə adət edən bu mədəni çay qəndlə necə aldadım?! Məndən razı qalıb beynimə siqnal ötürüb, Quran oxuma missiyamı mənə xatırlatsın.

Sən de  ay ölü qardaş. İndi  mən camaatı sənə görə ağladım yoxsa öz günümə ağlayım? Mən bu məclisdə Quran oxuyum yoxsa Yasin yerinə yanıltmac deyim?  Guya məclis əhli anlayırki, oxunan Yasindi yoxsa başqa şey? Onların nə Qurandan, nə də ayələrdən xəbəri var. Əgər xəbərləri olsaydı indi heç mən də burda olmazdım.  Bəs sən? Sən inciyərsən məndən? Yox, sən bu həyatda son missiyanı yerinə yetirib bu həyatdan köçmüsən, əgər nəsə söyləmə şansı verilsəydi sənə sadəcə bunu deyərdin : ” Özünüzü aldatmayın. Nə bu ehsanın, nə də bu mollanın heçbir xeyiri yoxdu bizim üçün. Oxunan Quran yol qəzasında həyatını itirmiş birinə yol hərəkət qaydalarını oxumaq kimidir.  Ehsan isə israfçılığa səbəb olmaqdan başqa bir şey deyilki…  Bu da sizi addım-addım cəhənnəmə sürükləyir. Gedin gec olmadan Quranı özünüz üçün oxuyun. Oxuyun ki, bəlkə nəticə çıxarasınız”

By Kəpənəyin Dünyası

“Kimsə” nə vaxt gələcək?

Hardan başlayacağımı necə başlayacağımı bilmirəm. Bir yandan da onun vəfatını qələmə almaq çətin gəlir. Uzun zamandır ölüm yaşam mübarizəsi aparan Nərmin, gülərüzlü mələyimiz bugün bizi atıb öz cənnətinə getdi.   Onun mübarizəsi hamımıza ruh vermişdi. Bu mübarizədən güc alaraq biz də yola qoyulduq. Onun sağlığına qovuşması birlik olaraq əsas işimizə çevrildi. Bakıda hətta Gəncədə də onun üçün müəyyən mənada mübarizəyə qoşulduq.  Onun yaşam eşqi bizi daha da ruhlandırdı, gözündəki işıq qaranlıq həyatımızı aydınlatdı.  Amma bu gün o gözləri yummaqla bizi qaranlıqda bir-başımıza qoyub getdi. Bizi işıqsız və mələksiz buraxıb getdi. Bu gedişi ilə o saflığın bu çirkin  həyata yaraşmadığını bir daha təsdiqlədi. Nərminçün edilənlər, göstərilən birlik təqdirə layiq idi amma hər şeyi başdan bu cür etməli idik. Bu birliyi başdan göstərməli idik hələ Nərmin xəstə yatağına düşməmiş. Həkim savadsızlığına qurban getməmiş qarşısını almalıydıq. Hamımız çirkin həyatdan narazıyıq amma onu çirkinləşdirən insanlardan təmizləmək kimi niyyət seçib bu yolda bir iş görmürük. Hamı kimisə gözləyir. Bunu edən sən deyilsənsə,  mən deyiləmsə bəs kimdir bu “kimsə” ? Hansı ölkədə və ya hansı planetdədi? Bizim dünyamız olduğu halda heçnə etmiriksə yadlardan necə nəsə gözləyə bilərik? Bu gedişlə hələ çox Nərminlər hədəfdir.  Buna göz yuma bilmərik, buna yox deməyin vaxtıdır hətta gecikmişik. Onun bir arzusu vardı sağalmaq və başqa  uşaqların da bu yatağa düşməsinə izin verməmək. Nərmin dostlarının da erkən yaşda onun yanına getməsini istəmir….

P.S : Nərmin! Sənə gəlincə getmək sənə yaraşmadı deməyəcəm. Səni belə tez yola salmaq, bütün haqsızlıqlara susmaq bizə yaraşmadı

By Kəpənəyin Dünyası

Dilim – Dilim Dilimiz

makeimmm

Sizə bəhs edəcəyim mövzu çox aktualdır. Bu ana dilimizin bu günkü vəziyyətidir.Yazdığım yazımı oxuduqdan sonra inanıramki çoxlarınız mənimlə razılaşaqcaqsınız. Ana dilimizin bu günkü vəziyyəti acınacaqlı olduğu hamıya məlumdur. Milli mənəvi dəyərlərimizi qoruyaq deyərkən ana dilimiz də nəzərdə tutulur. Dil bizim tarixi və milli mənəvi dəyərlərimizdəndir. Ancaq təssüflər olsun ki bu gün öz ana dilində danışmayan, hətda danışa bilməyən onlarla azərbaycanlı var. Qeyri-rəsmi hesablamalara görə Bakıda yaşayan azərbaycanlıların 40%-ə yaxını rus dilli vətəndaşlarımızdır. Onu da deyə bilərəm ki bu vəziyyəti müsirləşməklə və hətda səviyyə ilə əlaqələndirənlərdə var. Hansı ki, müasirləşmək deyərkən milli-mənəvi dəyərlərimizi dəyişdirmək yox elmdə ,texnikada yeni nailiyyətlər əldə etmək , köhnə qaragüruhçu fikirlərdən azad olmaq nəzərdə tutulur.

Mən Gəncədən təhsil üçün ilk dəfə Bakı gəldiyimdə yaşadığım bir hadisəni xatırlayıram.Qalacağım evin yanındakı bir parkda oturmuşdum. Elə bu zaman gördüyüm mənzərə məni çox təccübləndirdi. Ətrafımdakıların hamısı rus dilində danışırdı. Ətrafıma bir daha göz gəzdirdim bəlkə olanları anlayaram deyə. Bu zaman otların üstündə əyləşən bir türk gəncə gözüm sataşdı oda mənə baxırdı üzündəki mimikadan anladım ki, harada olduğunu anlamaq istəyir qorxdum bu haqda mənə sual verəcəyindən. Bəli qorxdum, çünki həmin an özüm-özlüyümdə o suala cavab tapmağa çalışırdım. Parkın adına baxmaq üçün boylandım beş hərifli bir ad yazılmışdı “Zorge”. Bütün gördüklərimin hamısına bir cavab tapmaq üçün təxminən 4 yaşlı bir uşağa nəzər saldım bəlkə beynimdəki suallara həmin uşağın azərbaycanca deyəcəyi bir kəlmə sözü ilə cavab taparam deyə. Ancaq uşağın yerə düşən əmziyinin “дайте меня соски ”deyə istəməsi beynimi daha da qarışdırdı. Dərin bir düşüncəyə daldım bəlkə Gəncə-Bakı avtousuyla Gəncə-Moskva avtobusunu səhv salmışam deyə. Elə bu zaman günəbaxan tumu satan qocanın telefonun zəngi məni çox sevindirdi. Bu zəng aşıq havası idi.Düz yerə gəliyimi elə onda anladım.Anladımki bura ərazisində minlərlə əcnəbi yaşayan,yetmiş illik sovet quruculuğu mövcud olan və müasirləşmək sözünü düzgün anlamayan Azərbaycandır. Bəli gecdə olsa anladımki məni təəccübləndirən mənzərə indi sadaladıqlarımın nəticəsidir.Sonda sözüm bütün azərbaycanlılaradır gəlin ana dilimiz də daxil olmaqla bütün milli-mənəvi dəyərləmizə sahib çıxaq.

P.S: Bir faktı da nəzərinizə çatdırmaq istəyirəm ki mən BDU-nun rus bölməsində oxuyan rus əsilli bir qız tanıyıram. İllərdirki Azərbaycanda yaşayır amma buna baxmayaraq hələ də öz dilində danışır.Bir dəfə ona sual verdimki niyə Azərbaycan dilində danışmırsan, axı sən illərdiki burda yaşayırsan mənə çox maraqlı bir cavab verdi ki mən yaşadığım yeri dəyişmişəm keçmişimi,milli dəyərlərimi deyil.O gün çox utandım

By Kəpənəyin Dünyası

Qocaman Ağacın Gənc Ümidləri

nullPay_z
Yay fəslini artıq arxada qoymuşdu təbiət.İndi payız fəsli idi.Havalar soyumuş,yağış yağır,həzin külək əsirdi.Çay kənarındakı yam-yaşıl çəmənliyin gözəlliyindən bir nişanə belə qalmamışdı.Öz məst edici qoxusunu,çiçəklərinin təravətini itirmişdi.Öz musiqisi ilə ağacların xışıltısı,suların şırıltısı ilə ritim tutan quşlar da isti ölkələrə üz tutmuşdu.Fərqinə ən çox vardığım və mənə ən boyük təsir edən isə çəmənlikdəki qocaman bir ağac idi.O ağacki yayda hər yana budaqları ilə kölgə salan ,saysız-hesabsız yarpaqları ilə aləmi yaşıllaşdıran,gözəlləşdirən o böyük cüssəli ağac. İllərdən çox yaşı olan yerin altında dörd bir yana kök salmış qocaman bir ağac. İllərdir sevən aşiqlərin adını köksündə daşıyan bu ağac onlar üçün sir saxlayan ən etibarlı dost olmuşdu. İndi qürrələndiyi budaqları qurumuş,onu gözəlləşdirən yarpaqları isə öz rəngini itirərək,ətrafına səpələnip xəzan yarpaqlarına çevrilmişdi.Kimisi tərəfindən ayaqlanan,kimisi tərəfindən od vurululan yarpaqlarını təbiətin yağışdan borc aldığı göz yaşları ilə söndürməyə çalışsa da bunu bacarmırdı.Köksündə aşiqlərin vaxtı ilə açdığı yaralar,saxladığı sirlər onu nə qədər acıtsada indiki vəziyyətinin ona verdiyi acının qarşısında bir heçdi.
Artıq ona gözəllik verən yarpaqları sadəcə bir ovuc külə dönmüşdü.O da əsəbli təbiətin küləyi ilə göyə sovrulurdu.Acı olsa da qəbul etməyə çalışırdı.İndi qarşıdan gələn qışın ağ örpəyinə bürünüb öz hüznü ilə baş-başa qalmaq,dərin bir yuxuya getmək istəyirdi.Amma yenə arzuları,sönməmiş ümidləri var idi.Soyuq qışdan sonra örpəyini üzündən çəkib,yeni bahara yenidən gülümsəmək,itirdiyi gözəlliyinə yenidən sahib olmaq,aşiqlərini yenidən qazanmaq istəyirdi.Bəlkə də illərdir bu qocaman ağacı yaşadan da elə bu idi bitməyən arzuları və yaşına baxmayaraq hələ də gənc qalan ümidləri.

By Kəpənəyin Dünyası

İSTİ ÜRƏKLƏRİN SOYUQ TƏNHALIĞI

345700-bigthumbnail

Ömür payının ən maraqlı hissələrindən biri də tələbəlik dövrüdür. Ancaq bölgələrdə yaçayanlar üçün hər dəfə təhsil üçün öz yaşadığın yerdən,ailədən ayrı düşmək tələbəlik həyatının çətin və acı tərəflərindəndir. Bir müddət davam edən bayram məzumiyyətindən sonra təhsil üçün yenə Bakıda idim. Günüz vaxtları unversitetdə,dostlarınla birgə olduğumdan tənhalıq az da olsa unudulmuş ya da elə zənn edirdim. O ki gəldim içində qardaşım və mən olan dörd divarlar arasına. İndi ailədən,sevdiklərimizdən ayrı düşməyimiz qulaqlarımı kar edən soyuq səsizlikdə öz əksini tapmışdı. Burada olduğum müddətdə ləziiz görünən yeməklərin heç birində anamın şorbasının, sevdiklərimlə yediyim yavan çörəyin tamını tapa bilmədim. Ancaq bir müddətdirki bu səssizliyi boğan çöldən bir səs eşidirdim. Mənim üçün şübhəli olan bu səs getdikcə daha çox narahatlığıma səbəb olurdu. Qardaşıma bu haqda verdiyim sualıma izahından sonra anladım ki bu səs yaxınlıqda yerləşən sirk üçün gətirilən bir aslanın səsidi. Səs çox qəribə və acılı idi sanki o da mənim kimi sevdiklərindən ayrı düşən birinin naləsi idi. O an tənhalığın bir-neçə variantını xatırladım. Məsəl üçün illərdir gözü yolda qalan bir gün bu yolda sevdiklərindən birini görmə ümidi ilə yaşayan kimsəsizlər evinin sakini olan bir qoca və ya havanın soyuğunda bir başına çölə atılan bir körpə. Axı onlar da indi tənhadır. Tənhalıq ətrafında kiminsə olmaması deyil bəzən ətrafında onlarla insan olsa da sən tənhasan çünki sevdiklərin, görmək istədiklərini o onların içində görə bilmirsən. Bəzən isə ətrafında bir nəfər də olmasa bel ürəyində “mən tənha deyiləm”kəlməsini deyə bilirsən çünki hardasa səni sevənin, yolunu gözləyən birinin olduğunu bütün varlığınla hiss edirsən.
İndi də bu qoca aslan və mən bəlkə də eyni dərdliyik deyə uzun-uzun düşündüm, günüz uşaqların əyləncəsinə,kimisi üçün vahiməyə salan bu cəsur ürəkli aslan indi o ürəyinin döyüntüsündən belə hürkürdü. Tənhalıq o vahiməli səsi bir məsum hıçqırığa döndsərmişdi. Bir tərəfdən də düşündüm ki bəlkə bu aslan vefasız sevdikləri tərəfindən unudulduğundan özün şomenlərə təslim edib. Belədirsə demək eyni dərdli deyilik deyib gözümün önünə məni yola salarkən boynumu qucaqlayıb getmə deyən3 yaşlı dayım oğlunu və ağlayan əmim qızını xatırladım. Məni sevənlərin olduğunu bütün qəlbimlə hiss etdim. Yol çəkən gözümün saata zillənməsini və saatın 2 olduğunu bir an da hiss etdim. Sabah imtahanım vardı əgər yatmasam imtahandan geçə bilməyəcək tənhalığın ömrünü bir gün daha uzadacaqdım.Hər gün yatmazdan əvvəl etdiyim duaya o gecə bir cümlə daha əlavə olunmuşdu “Allahım tənhalığı heç kəsə hətta bu yırtıcı aslana belə yaşatma ” .

By Kəpənəyin Dünyası